BioGarden

BioGarden Aqroeko turizm

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, general polkovnik Mədət Quliyev bu gün Bio Garden təsərr...
20/06/2026

Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, general polkovnik Mədət Quliyev bu gün Bio Garden təsərrüfatında olmuş, təsərrüfatımızla yaxından tanış olmuş və öz xoş təəssüratlarını bizimlə bölüşmüşdür.

Cənab generalın təsərrüfatımız haqqında söylədiyi xoş sözlərə və müsbət fikirlərinə görə dərin minnətdarlığımızı bildirir, ona gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayırıq.

12/06/2026

Təbiətin qoynunda, şəhərin səs-küyündən uzaqda unudulmaz istirahət axtarırsınız?
O zaman yolunuzu Şəkidə yerləşən BioGarden Eko-Aqro Turizm Məkanından salın!
8 hektarlıq yaşıllıq ərazidə yerləşən BioGarden sizi meyvə bağları, rəngarəng quşlar, yerli heyvanlar, arıçılıq təsərrüfatı və gözoxşayan təbiət mənzərələri ilə qarşılayır. Burada həm dincələ, həm də ekoloji təmiz həyat tərzini yaxından hiss edə bilərsiniz.
Bağdan toplanan təbii məhsullar, bu məhsullardan ləzzətli milli yeməklər, müxtəlif növ quşlar və heyvanlar, uşaqlar və böyüklər üçün əyləncə zonaları hər bir ziyarətçiyə xoş və yaddaqalan anlar bəxş edir.
BioGarden-in təsisçisi Ehtibar Nuriyev bu məkanı uzun illər ərzində qazandığı beynəlxalq təcrübə əsasında yaradıb. O, müasir kənd təsərrüfatı və eko-turizm sahəsində biliklərini artırmaq məqsədilə 30-dan çox ölkədə olub, müxtəlif beynəlxalq təlim və seminarlarda iştirak edib. Məhz bu təcrübənin nəticəsi olaraq BioGarden bu gün aqroturizm və ekoloji yaşam mədəniyyətini bir araya gətirən nümunəvi məkanlardan birinə çevrilib.
2010-cu ildən etibarən qonaqlarını qəbul edən BioGarden aqroturizm, ekologiya və milli qonaqpərvərliyi bir məkanda birləşdirir. Burada keçirdiyiniz hər an sizə təbiətin gözəlliyini, kənd həyatının səmimiyyətini və sağlam yaşamın dəyərini hiss etdirəcək.
Ailənizlə, dostlarınızla və sevdiklərinizlə fərqli bir gün yaşamaq istəyirsinizsə, BioGarden sizi gözləyir!

19/05/2026
21/03/2026

Şəki PFK idarə heyətinin üzvü, eyni zamanda Biogarden Aqroeko Turizm bağının təsisçisi və rəhbəri Ehtibar Nuriyevi doğum günü münasibətilə ürəkdən təbrik edirik.

Onun həm idmanın inkişafına, həm də aqroeko turizmin təbliğinə verdiyi töhfələr nümunəvi fəaliyyətin göstəricisidir. Göstərdiyi dəstək, uzaqgörən yanaşması və təşəbbüskarlığı ilə komandamızın inkişafında mühüm rol oynayır.

Ehtibar müəllimə möhkəm can sağlığı, uzun ömür, yeni uğurlar və bütün fəaliyyət sahələrində davamlı nailiyyətlər arzulayırıq.

Doğum gününüz mübarək! 🎉

Address

Ismayilli Qarameryem Sheki Yolu
Sheki

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 06:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+994502649990

Alerts

Be the first to know and let us send you an email when BioGarden posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share