13/02/2026
HORECA sektorunda balıqla işləmək təkcə dad deyil, həm də dəqiqlik və maya dəyərinə (food cost) birbaşa təsir edən bir prosesdir. Peşəkar mətbəxlər üçün vacib olan əsas texnikaları yaddaşa verin:
1. Doğru Alət Seçimi: Hər balıq eyni deyil. Yastı balıqlar (kalkan, dil balığı) üçün elastik, iri balıqlar (somon, nərə) üçün isə daha sərt və uzun fileto bıçaqlarından istifadə edin. İti bıçaq = təmiz kəsim və minimum ət itkisi.
2. Pulcuq Təmizlənməsində "Təzyiq" Texnikası: Pulcuqların mətbəxə dağılmaması və dərinin zədələnməməsi üçün təmizləməni su axını altında və ya geniş bir qabın içində aparın. Bu, həm gigiyenanı qoruyur, həm də təmizlik vaxtına qənaət edir.
3. "V" Kəsim Metodu: Onurğa sümüyünü çıxararkən "V" kəsimi tətbiq edərək, qılçıqların olduğu mərkəzi hissəni minimum itki ilə ayırın. Unutmayın, hər itirilən qram məhsul, artan xərc deməkdir.
4. Qəlsəmə və Qan Damarı Nəzarəti: Balığın acı dadmaması üçün qəlsəmələr mütləq çıxarılmalı, onurğa boyu uzanan qan damarı isə tam təmizlənməlidir. Bu, balığın həm qoxusuna, həm də saxlanma müddətinə birbaşa təsir edir.
5. Buzlu Su Vannası (Shocking): Təmizlənmiş fileto dərhal +1 / +3 dərəcəlik duzlu-buzlu suya salınmalıdır. Bu, ətin teksturasını bərkidir, rəngini parlaq saxlayır və mikrobioloji riskləri minimuma endirir.
Əlaqə və detallı məlumat üçün:
📞 +994777443133
Instagram: