31/10/2017
Əziz dostlar, sizə çox təəssüf hissi ilə bir ayrılıq xəbəri vermək istəyirik. Əlimizdə olmayan səbəbdən dolayı kafemizin yerləşdiyi məkandan çıxmaq məcburiyyətindəyik. Kafemiz 4 mərtəbəli binada yerləşir. Obyekt sahibinin ani otel yaratma qərarı səbəbilə biz də köçməyə məcburuq.
Fəaliyyətimizə qısamüddətli fasilə veririk. Tezliklə daha gözəl daha rəngli məkanda görüşmək diləyilə. Birlikdə paylaşdığımız bütün xoş anlar üçün təşəkkürlər.