Biz sizə həm yaşadığınız məkanın, həm də iş yerinizin xəyallarınızdakı kimi canlanmasına köməklik edəcəyik. Bundan əlavə biz sizə günü-gündən inkişaf edən biznes aləmində sizə lazım olan hər növ reklam işlərinin dizaynı və həyata keçirilməsini təklif edirik.
İnteryer Dizayn
Mənzillər və bağ evlərinin yenidən layihələndirilməsi və iç dizaynı
Restoran və kafelərin layihələndirilməsi və iç dizaynı
Mağazalar və sərgi salonlarının layihələndirilməsi və iç dizaynı
İnteryer dizayn bölməsi - Sizin unikal stilinizi rahatlıqla qovuşduran! Bizim interyer dizayn qrupumuz sizə eksklüziv xidmət göstərərək. Layihələndirmə başa çatdıqdan sonra mebel, pərdə və aksesuarların seçimində köməklik göstərəcəkdir. Eviniz yeni olarsa onu sizin ruhunuzu əks etdirən stildə qurmağa və ya artıq yaşadığınız evi yenidən istəyinizə uyğun təmir edərək otaqların funksionallığını artırmağa köməkçi olacayıq. Biz istənilən ölçü və büdcəyə uyğun layihələri qəbul edirik. İstər bütün ev, istərsə bir otaq, fərqi yoxdur! Bizim professional dizayner komandamız sizin fikirlərinizi uğurlu layihələrə çevirmək bacarığına sahibdir. Bu isə həm maddi həm də estetik baxımdan ən mühüm keyfiyyətdir!
-İnteryer dizayn xidmətləri aşağıdakı ardıcıllıqla göstərilir:
-Müştərinin ehtiyaclarının tam analizi
-Eksklüziv stilin yaradılması
-Mətbəx və hamamın layihəyəndirilməsi və dizaynı
-Mebelin yerləşmə layihəsi
-Divar içinə qurulan mebelin layihəndirilməsi
-Tavan və döşəmənin dizaynı
-Divarların dizaynı və eksklüziv elementlərin əlavə edilməsi
-Tikinti və təmir briqadalarının, elektrikçi və digər ustaların təmin edilməsi
-Audio, video və təhlükəsizlik sistemi mütəxəssislərinin təmin edilməsi
-Layihənin idarə olunması, büdcəyə nəzarət və bütün detalların yerinə yetirilməsinə cavabdehlik
Qrafik dizayn bölməsi - Sürətlə inkişaf edən dünyada zövqü qorumaqla yenilikləri qaçırmamaq! Bizim qrafik dizayner komandamız fantaziyaların genişliyi qədər xidmət siyahısına sahibdir. Belə ki, bugün qrafik dizaynın nailiyyətləri demək olar ki, hər yerdə qarşımıza çıxır. Bizim şirkət sizə aşağıda sadalanan qrafik dizayn xidmətlərini təklif edir:
Firma stilinin və loqotipinin işlənib hazırlanması. Reklam listləri, bukletlər, dəvətnamələr, təqvim, təbrik açıqcaları, zərf, vizit karları, firma blankları, maliyyə hesabat blanklarının və s. dizaynın işlənilib hazırlanması. Reklam və afişa lövhələri, bayır lövhələri, maqazin vitrinləri və s. kimi bayır reklamlarının işlənilib hazırlanması. Sizin fotolarınızın müxtəlif stillərdə işlənilməsi və köhnə şəkillərin bərpası.