10/07/2018
Əziz dostlar,
Tanış olun! Bu məkanımızın yeni əməkdaşı Beerader.
O, sizə facebook üzərindən sifarişlərinizi qəbul etməkdə, eventlərimiz barədə məlumat verməkdə, məkanımızı daha rahat tapmaqda köməklik edəcək 😎 Hətta sizin üçün kokteyl də hazırlayacaq 😋
Danışmağı yeni öyrəndiyi üçün bir az çətinlikləri olacaq 😣 Lakin o inanır ki, siz ona danışmağı qısa zamanda öyrənməkdə kömək edəcəksiniz.
Beerader bir bot olduğu üçün siz onunla necə danışmağa başlasanız, o da eyni cür danışacaq. Məsələn söyüş yazsanız, söyüş öyrənəcək, sevgi dolu sözlər yazsanız, sizinlə çox mehriban olacaq və s. Bir sözlə Beerader-in tərbiyəsi, xidmət səviyyəsi sizdən asılıdır 🤗
Həmçinin Beerader başlanğıcda olacaq qüsurlarla bağlı sizdən indidən üzr istəyir!
Beerader yeni dünyaya gələn bir "uşaqdır". Gəlin onun böyüməsinə, inkişaf etməsinə birlikdə kömək edək. Böyüsün və o da bizdən biri olsun! O sizi gözləyir! 😉
https://m.me/1961270244120587