31/12/2025
Yeni ili çox sevdiyimiz, deyəsən, hamıya məlumdur. Biz xatirələrlə yaşamağı sevən məkanıq, yaşanan hər şeyin Bohonun bir küncündə necəsə toplanıb, nəfəs alıb, saxlandığına inanırıq. Hər yeni il də bizim üçün geriyə dönüb baş verənləri gözdən keçirməyə bəhanədir. Xatirə balansımıza səyahət də deyə bilərik :))
O balansımıza gözəl, fərqli, dərin, hətta bəzən kədərli olsa belə, məna dolu xatirələr toplayan hər birinizə təşəkkürlər. Xüsusi təşəkkür də sevimli komandamıza düşür, o barədə, deyəsən, bir xeyli bəxtimiz gətirib :)
Bu gün hamımız paytaxt salatı hazırlama rituallarımızla məşğuluq, ona görə də, ənənəvi olaraq, 31 dekabr bağlıyıq.
2026-ya gözəl girin, biz isə onun ilk günündə saat 12-dən qapılarımızı açacağıq.
1 yanvar görüşənədək,
Sevgi dolu Boho ❤️🌲