Nani Georgian Houseeee

Nani Georgian Houseeee Restaurant Gürcüstanda necədir: sən heç kimə vurulmamısansa, demək yeməyə vurulmusan – bu iki meyl həmişə birincilik üçün mübarizə aparır.

Və yeməyin uduzduğunu deyə bilmərik. Gürcü qonaqpərvərliyi epik həddə çatır, əliaçıqlıq və alicənablıq ab-havası heç harada süfrə arxasındakı kimi özünü büruzə vermir. “Qonaq - Allah qonağıdır” – deyilir gürcü atalar sözündə. Qonağa qarşı sevgi və hədsiz hörmət nəsildən nəslə keçib. Qonaq üçün ən yaxşısını da əsirgəməzlər. Restoran mətbəxinin əsas özəlliyi ət yeməklərin seçimində məhdudiyyətlərin olmamasından ibarətdir. Bizdə ət bişirməyi xoşlayırlar və bacarırlar. Burada hər şey qurmanlara görə nəzərə alınıb. Bu xüsusi restorandır, burada tək gürcü yeməklərini deyil, həm də gürcüsayağı bəzədilmiş ənənəvi Avropa yeməklərini də dada bilərsiniz. Restoranın şərab çeşidi isə qonağı yaxşı şərabsız qoymaz. Bundan başqa, burada həm milli içkilərin: gürcü çaçası - əlli dərəcəli araq, saxlanılmış konyaklar, həm də klassik alkoqolun dadına baxa bilərsiniz. Burada Sizə gürcü mənbəyindən çıxarılan mineral su – Borjomi və hətta gürcü limonadını təklif edəcəklər. Bunların hamısı ən qədim milli mətbəxlərdən biri olan mətbəxin müstəsna təbiiliyini və aldadıcı sadəliyini vurğulayır. Siz burada dostlarınızla birlikdə unudulmaz axşamlar keçirə bilərsiniz, bundan başqa, Sizin üçün əhəmiyyətli olan toy, yubiley və ya korporativ tədbirləri qeyd edə bilərsiniz. Yüngül tematik əlamətli rahat zal 50 nəfərədək qonaq qəbul edə bilər. Yüksək hazırlıqlı və nəzakətli işçi heyəti canlı musiqi olan restoranda vaxt keçirməyinizin rahat olması üçün hər şey edəcək. Gülərüz ofisiantlar yubanmadan sifarişinizi çatdıracaqlar və səliqəli şəkildə masanı hazırlayacaqlar.

Address

Nobel Prospekti 15, Megafun AVM 2-ci Mərtəbə
Baku

Opening Hours

Monday 12:00 - 00:00
12:00 - 00:00
Tuesday 12:00 - 00:00
Wednesday 12:00 - 00:00
Thursday 12:00 - 00:00
Friday 12:00 - 00:00
Saturday 12:00 - 00:00
Sunday 12:00 - 00:00

Telephone

+994508810000

Alerts

Be the first to know and let us send you an email when Nani Georgian Houseeee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nani Georgian Houseeee:

Shortcuts

Share