ElitAd

ElitAd ElitAd

05/04/2016
ElitAd group sizi ve ailenizin Novruz bayramini tebrik edir.
20/03/2016

ElitAd group sizi ve ailenizin Novruz bayramini tebrik edir.

Yeni reklam (dizayn ishi)
15/03/2016

Yeni reklam (dizayn ishi)

WEB DİZAYN (SAYT) VƏ PROQRAMLAŞDIRMAƏksər hallarda müştərilər özlərinə məxsus, öz istəklərinə uyğun olan bir sayt istəyi...
15/03/2016

WEB DİZAYN (SAYT) VƏ PROQRAMLAŞDIRMA

Əksər hallarda müştərilər özlərinə məxsus, öz istəklərinə uyğun olan bir sayt istəyirlər. Bu halda hər bir nüans nəzərə alınmalıdır. Saytın ilkin dizaynından başlayaraq, məlumatın saytda yerləşməsinə qədər hər bir xırda detallar hesablanmalı və ortaya müştərinin istəklərini özündə əks elətdirən bir məhsul çıxmalıdır. Məhz buna görə biz müştərilərimizə, saytlarını sıfırdan yığmağı təklif edirik. Müştərinin ilkin görüşləri alınır, komandaya kimlərin düşəcəyi təyin olunur və görüş vaxtı komandanın hər bir üzvü böyük səbr və təmkinlə müştərinin bütün istəklərini dinləyir, lazım olan yerlərdə düzəliş və məsləhətlərini əsirgəmirlər!

Universal Biznes Sistemləri - Şirkət, Ofis , Restoran, Mehmanxana, E-market, Şəxsi sayt və s. xidmət növündən asılı olmayaraq müştərilərinə aşağıdakı xidmətləri təklif edir.

• Web saytların sıfırdan dizayn olunması və yığılması ,
• Scriptlərin install olunması ,
• Flash bannerlərin hazırlanması,
• Hazır saytlara texniki dəstəyin göstərilməsi ,
• Kontentin doldurulması və zənginləşdirilməsi ,
• Mövcud proektlərə əlavə modulların yazılması ,
• İntranet(daxili idarə etmə sistemləri)-lərin yazılması,
• İnternet marketing siyasətinin hazırlanması və işin təşkili,
• Web saytlar üçün statistikaların verilməsi,
Qrafik Dizayn sahəsində aşağıdakı işləri görürük:

• Poliqrafik dizayn,
• Loqotiplərin dizaynı,
Əlavə xidmətlər:

• Domen və hosting satışı,
• Şirkət e-maillərinin yaradılması,
• SEO (Search Engine Optimization),
• Sosial şəbəkələrdə biznes səhifənin yaradılması,
Əlavə məlumat üçün bizim email və telefon vasitəsi ilə müraciət edin.

MEMARLIQ VƏ DİZAYN İŞLƏRİDünyanın istənilən yerində biz ən müxtəlif memarlıq üslublarında tikilmiş saray və şəxsi kottec...
15/03/2016

MEMARLIQ VƏ DİZAYN İŞLƏRİ

Dünyanın istənilən yerində biz ən müxtəlif memarlıq üslublarında tikilmiş saray və şəxsi kottecləri görə bilərik və məhz bu üslublar üzrə biz onların tikiliş dövrünü, ölkənin, bu və ya digər xalqın adətlərini, tarixini, milli və mənəvi irsini, ictimai-iqtisadi səviyyəsini, mədəniyyətini və bu ölkə insanlarının xarakterini müəyyən edə bilərik. Memarlıq insanların həyat və fəaliyyəti üçün məkan mühitini formalaşdırır. Məhz bu, Memarlığı - Sənət – İncəsənət edir. Həmçinin memarlıq da hər bir incəsənət növü kimi, cəmiyyətin həyatı, onun tarixi, baxışları və ideologiyası ilə sıx bağlıdır. Memarlıq sənəti – həqiqətən də ictimai bir sənətdir . Təsadüf deyil ki, böyük sivilizasiyaları yalnız müharibələr və ya ticarətinə görə deyil, hər şeydən əvvəl, vaxtilə tikilmiş memarlıq abidələrinə əsasən xatırlanır. Memarlıq – bir şəhərin, dövlətin və bütovlükdə bir dövrün xüsusi "vizit kartıdır"!

Şirkətimizdə bütün layihələr nomalara uyğun olaraq texniki dəqiqliklə hazırlanır və həyata keçirilir ki, bu da mövcud bazarda bizi digərlərindən fərqləndirir. Bununla yanaşı mütəxəssislərimiz tərəfindən modelləşdirmə sayəsində siz gələcək evinizin, ofisinizin dizaynını detalları ilə seyr edə bilərsiniz. Bizimlə işləmək sizin üçün daha əlverişlidir çünki, biz hər bir müştərimizə əla servis və fərdi yanaşmanı təmin edirik.

• İnteryer, Ekstryer, Landşaft, Memarlıq və Dəyərin hesablanması,
• Layihələndirmənin fərdiliyi,
• Müqavilənin fərdi olaraq müştəriyə uyğunlaşdırılmış tərtibi,
• Fərdi ödəmə qrafiki,
• Fərdi güzəştlər.
Bizim memar və dizaynerlərimiz sizin üçün hər cür köməklik gösdərəcəklər.

1C 8.2 MÜHASİBAT PROQRAM PAKETLƏRİŞİRKƏT 1C 8.2 VERSİYALI MÜHASİBAT PROQRAM PAKETLƏRİNİ TƏKLİF EDİR.Proqram paketləri mü...
15/03/2016

1C 8.2 MÜHASİBAT PROQRAM PAKETLƏRİ

ŞİRKƏT 1C 8.2 VERSİYALI MÜHASİBAT PROQRAM PAKETLƏRİNİ TƏKLİF EDİR.

Proqram paketləri müəssisələrin fəaliyyətindən (istehsal, ticarət və xidmət) asılı olaraq mühasibat uçotunun Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yüksək səviyyədə aparılmasını təmin edir. Proqram təminatına hər növ texniki dəstək göstərilir və zəmanət verilir. 1C 8.2 versiyalı mühasibat proqram paketləri aşağıdakı tapşırıqların yerinə yetirilməsini təmin edir:
MÜƏSSİSƏ HAQQINDA ÜMUMİ MƏLUMATLARIN DOLDURULMASI

( Ümumi məlumatlar, bank hesabları, uçot siyasəti, söbələr, kontakt informasiyalar, məsul şəxslər və s. )
UÇOT PARAMETRLƏRİNİN QURULMASI,
MÜƏSSİSƏNİN UÇOT SİYASƏTİNİN MÜƏYYƏN EDILMƏSİ

( İdarəetmə uçotu, mühasibat uçotu, vergi uçotu )
İSTEHSALIN İDARƏ EDİLMƏSİ

( İstehsalın planlaşdırılması, nomenklatura qruplarının yaradılması, növbə ustasının sənədləri, məhsul və xidmətlərin mədaxil edilməsi, qaimə-tələbnamənin doldurulması, hazır məhsulun buraxılışı, istehsal xarakterli xidmətin kənar sifarişçilərə göstərilməsi, bitməmiş istehsalın qalığının müəyyən edilməsi )
ALIŞIN İDARƏ EDİLMƏSİ

( Malsatana sifariş ,alınmış hesab-fakturalar, qiymətqoymanın yaranması, ticarət güzəşti və əlavəsi, vəkalətnamələri doldurma, məhsul və ya xidmətlərin daxil olması, əlavə xərclərin daxil olması, idxal üzrə YGB-nin doldurulması, məhsulların təchizatçılara geri qaytarılması, kontragentlərlə qarşılıqlı hesablaşmalar, anbarda olan ehtiyatların və malların qalığı cədvəli və s.)
SATIŞIN İDARƏ EDİLMƏSİ

( Alıcının sifarişi , qiymət təyinetmə, ticarət güzəşti və əlavəsi, verilmiş hesab-fakturalar, məhsul və ya xidmətlərin satışı, alıcı tərəfindən malların geri qaytarılması, kontragentlərlə qarşılıqlı hesablaşmalar, anbarda olan ehtiyatların və malların qalığı cədvəli və s.)
EHTİYATLARIN İDARƏ EDİLMƏSİ

( Qiymət təyinetmə, ticarət güzəşti və əlavəsi, malların anbara mədaxil edilməsi, malların silinməsi, malların anbarlarda yerdəyişməsi, anbarlarda və ya pərakəndə satışda olan mallar üzrə cədvəllər, geri qaytarılmış taralar üzrə cədvəl, komissiyaya götürülmüş və ya verilmiş malların yenidən qiymətləndirilməsi, anbarlarda malların inventarizasiyasının aparılması, nomenklaturanın komplektləşdirilməsi, nomenklaturanın sertifikatlaşdırılması və s.)
SİFARİŞLƏRİN İDARƏ EDİLMƏSİ

( Alıcıların sifarişləri, malsatanlara sifariş, daxili sifarişlər, mallarin rezerv edilməsi, sifarişlərin yerləşdirilməsi, sifarişlərin bağlanması )
AVADANLIQLARIN İDARƏ EDİLMƏSİ

( TTA-ların mədaxil edilməsi, TTA-ların uçota alınması, TTA-rın amortizasiyası, TTA-ların satışı, TTA-ların silinməsi və s.)
PUL VƏSAİTLƏRİNİN İDARƏ EDİLMƏSİ

( Kassa mədaxil və ya məxaric orderlərini doldurma, avans hesabatını aparma, verilən və ya daxil olan ödəniş tapşırıqlarını doldurma, bank çıxarışlarını nəzərdən keçirmə )
KADRLARIN UÇOTU

( Kadr planlaşdırılması, müəssisəyə işçilərin qəbul edilməsi, kadrların yerdəyişməsi, müəssisədə işçilərin işdən azad edilməsi, məzuniyyət diaqramının qurulması,işçilərin attestasiyası və s.)
İŞÇİ HEYƏTİNİN İDARƏ EDİLMƏSİ

( Müəssisənin işçilərinə əmək haqqının hesablanması, əmək haqqının uçotda əks etdirilməsi, müəssisədə ödənilməli əmək haqqının aparılması, verilmiş ödəniş tapşırığı ilə əmək haqqının bankdan verilməsi, kassa mədaxil orderi ilə əmək haqqının bankdan kassaya gətirilməsi və ya kassa məxaric orderi ilə kassadan verilməsi, ödənilməmiş əmək haqqının deponentləşdirilməsi və s.)
HESABAT AYININ BAĞLANMASININ UÇOTU

( Amortizasiyanın hesablanması, valyuta vəsaitlərinin yenidən qiymətləndirilməsi, gələcək dövrün xərclərinin silinməsi, istehsal məsrəfləri hesabının silinməsi və məhsul buraxılışının maya dəyərinin korrektirovkası, maliyyə nəticəsinin (mənfəət və zərərin) müəyyən edilməsi, mənfəət vergisinin hesablanması)
MALİYYƏ-MÜHASİBAT HESABAT FORMALARININ TƏRTİB EDİLMƏSİ

İP TELEFONİYAİP-telefoniya texnalogiyası səsin ötürülməsi üçün İP-dən əsas vəsait kimi istifadə edir. Bu halın müəyyən e...
15/03/2016

İP TELEFONİYA

İP-telefoniya texnalogiyası səsin ötürülməsi üçün İP-dən əsas vəsait kimi istifadə edir. Bu halın müəyyən edilməsi üçün həmçinin, VoİP ( Voice over İP ) abbreviaturasından istifadə olunur. Bu texnologiya tamamilə ofis üçün mini-ATS-in alternativi ola bilər. İP infrstrukturunun tədbiqi məlumatların,video və səslərin eyni zamanda ötürülməsinə, bizens proseslərinin effektivliyinin əhəmiyyətli dərəcədə artırılmasına,kommunikasiya infrastruktrunun ümumi dəyərinin azaldılmasına imkna verir.

ƏSAS ÜSTÜNLÜKLƏRİ

( SƏSLİ MƏKTUB )

• Səsli məktub sonuncu abunəçiyə kimi, eləcədə şirkətin bütün əməkdaşlarının sonsuz sayda səsli məktublarının qeydə alınması və saxlanılmasına imkan verir.
( SƏS MÜNYUSU )

• İP-telefoniya interaktiv səs menyusu vasitəsilə və ardıcıl olaraq daxil olan telefon zənglərini idarə etməyə imkan verir.
( DANIŞIQLARIN İZLƏNMƏSİ VƏ QEYDƏ ALINMASI )

• İndiki dövrdə bir çox şirkətlərdə təhlükəsizliyin təmin edilməsi, eləcədə biznes imkanlarının yüksəldilməsi məqsədi ilə telefon danışıqlarının izlənilməsi və qeydə alınmasından istifadə olunur.
( NÖMRƏLƏR PLANI )

• İP-telefoniya üçün geoqrafik çərçivə ( məhdudiyyət ) mövcud deyil – şirkətin bir neçə ofisində vahid nömrələr planından istiadə oluna bilər, beləki, dünyanın hər hansı bir nöqtəsində olmasından asılı olmayaraq, korporativ məlumat kitabçasını hər hansı İP-telefon şəbəkəsindən əldə etmək mümkündür.
( ZƏNGLƏRİN STATİSTİKASI )

• Statistika sistemi bütün daxil və xaric olan zənglər haqqında informasiyanın qeyd edilməsinə, qorunmasına və baxılmasına imkan verir.
( ELEKTRON FAKS )

• Bu xidmətdən istifadə sizin işçilərinizə faksları daha rahat və müasir formada göndərmək və qəbul etmək imkanı verir.
Bizə zəng edin və bizim mütəxəssislər sizə ətraflı, ödənişsiz məsləhətlər verəcək!

ZİYARƏTÇİLƏRİN HESABLAMA SİSTEMLƏRİHESABLAMA SİSTEMİBiznesdə alıcıların sayı və alış-verişin miqdarı mühüm parametrlərdə...
15/03/2016

ZİYARƏTÇİLƏRİN HESABLAMA SİSTEMLƏRİ

HESABLAMA SİSTEMİ

Biznesdə alıcıların sayı və alış-verişin miqdarı mühüm parametrlərdəndir. Tez-tez alıcıların sayının çoxalması ilə əlaqədar yerinə yetirilən biznes qərarları müştərilərin hər hansı bir nəzarət sistemindən istifadə etmədən intiutiv qəbul edilir ki və bu da insan resursları və maliyyədən qeyri effektiv istifadəyə səbəb ola bilər. UBS şirkəti tərəfindən təklif olunan müştərilərin sayının hesablanma sistemi, ticarət mərkəzləri, mağazalar, kafe və s. müəssisələr haqqında obyektiv məlumat almağa imkan verir. Əldə edilmiş məlumatlar ondan ötrü istifadə olunur ki:

• Mağazaya gələn müştərilərin sayı haqqında məlumat almaq.
• Dövr üzrə müştərilərin ( saat, gün, həftə, ay ) bölüşdürülməsi.
• Reklamın effektivliyinin qiymətləndirilməsi - reklama reaksiyanın müəyyən edilməsi.
• Satıcıların effektivliklərinin qiymətləndirilməsi – alıcıların sayının mağazaya gələn ümumi müştərilərin sayına nisbətini təyin etmək.
• Müştərlərin sayına əsasən şəxsi heyətin işini təşkil etmək. Səhər, günorta, axşam lazım olan kassaların sayının müəyyən edilməsi. Zalda ehtiyac duyulan satıcıların sayını təyin etmək.
• Bir çox şirkətlər üçün ehtiyac olan hallarda çevik evakuasiya işlərinin aparılması və bütün insanların zalı tərk etdiyinə əmin olmaq üçün hal-hazırda zalda olan insanların dəqiq sayını bilmək vacibdir.
Bizə zəng edin və bizim mütəxəssislər sizə ətraflı, ödənişsiz məsləhətlər verəcək!

AUDİO XƏBƏRDARLIQ SİSTEMİAudio sistem avadanlıqlarının quraşdırılması və layihələşdirilməsini təşkil etməkdir. Belə sist...
15/03/2016

AUDİO XƏBƏRDARLIQ SİSTEMİ

Audio sistem avadanlıqlarının quraşdırılması və layihələşdirilməsini təşkil etməkdir. Belə sistemin köməyi ilə nəinki musiqi, həmçinin reklam və nitq mesajlarının verilməsi mümkündür. Sistemin əsas funksiyasını səsli bildiriş təşkil edir: xidməti elanların yayımı, fon musiqisi və reklam elanlarının köçürülməsi. Unutmaq lazım deyil ki, müştərilərin və şəxsi heyətin yanğın bildirişi ,həyacan siqnalı digər yayımlanan proqramlardan üstün olacaq. Təklif olunan sistemlərin əsas üstünlükləri:

• Səsin məkana bərabər paylanması;
• Musiqi və nitq mesajlarının bütün mağazada təhrifsiz və müdaxiləsiz yayımı;
• Zalın müxtəlif sahələrində səs diapazonunun tənzimlənməsi. Məsələn, kassa hissəsində musiqi səsinin zala nisbətən aşağı olmalı, amma geyinib-soyunma sahəsində əksinə yüksək olmalıdır.
• Etibarlı iş və zəmanətli xidmət.
Bizim mütəxəssislər audio sistem avadanlıqlarının quraşdırılması və tənzimlənməsində sizə hər cür köməklik gösdərəcəklər.

EKSPEDİTOR İDARƏ ETMƏ SİSTEMLƏRİBu həll 2 (iki) hissədən ibarət “Ekspeditor Anbar” və “Ekspeditor Satış” CPK (cib person...
15/03/2016

EKSPEDİTOR İDARƏ ETMƏ SİSTEMLƏRİ

Bu həll 2 (iki) hissədən ibarət “Ekspeditor Anbar” və “Ekspeditor Satış” CPK (cib personal kompüteri). Bu proqram təminatları firma üçotunun avtomatlaşdırılması üçün nəzərdə tutulub və əmtəələrin mövcudluğunun və hərəkətinin operatv (idarə etmə) hesabatının aparılmasına, tədarükçülərlə, alıcılarla, ekspeditorlarla hesablaşmaların vəziyyətinin nəzərdən keçirilməsinə və həmçinin müxtəlif hesabatlar tərtib etməyə imkan verir.

“EKSPEDİTOR ANBAR” SİSTEMİ AŞAĞIDAKI İMKANLARA MALİKDİR

• Əmtəələrin anbar uçotu;
• Əmtəələrin gəlişi;
• Əmtəənin tədarükçüyə qaytarılması;
• Əmtəələrin satışı (güzəştlə);
• Anbarlararası daxili yerdəyişmə;
• Silinmə;
• Kassa üzrə əməliyyatların tərtibatı;
• Müəssisənin müxtəlif xərclərinin aparılması (kommunal xərclər, dəftərxana xərcləri və s.);
• İstənilən dövr ərzində əmtəələrin qalıqları və hərəkətləri barədə hesabatların alınması (əsas anbarlarda, ekspeditorların anbarlarında (avtomobillərində);
• İstənilən dövr ərzində satışlar barədə hesabatların alınması bir və ya bir neçə (qrup) müştəri üzrə; müəyyən anbardan (avtomobildən);
• Tədarükçülərlə və alıcılarla hesablaşmaların aparılması;
• Ekspeditorlarla hesablaşmaların aparılması;
• Kassa üzrə hesabatın aparılması;
• Silinmiş, yerdəyişmiş və qəbul olunmuş əmtəələr barədə hesabatların alınması;
• Firmanın xərcləri barədə hesabat;
• Xüsusi emalın və əlavə proqramın köməyi ilə məlumatın (ekspeditorun avtomobilində əmtəələrin cari qalığı və müştərilərin borcları) CPK-ya yüklənməsi;
• Ekspeditorun CPK-dan verilənlərin yüklənməsi;
• Verilənlər bazasını arxiv etmək (ehtiyat kimi) imkanı;
• Şifrə vasitəsiylə istfadəçilərin proqrama avtorizə edilməsi;
• Proqramın müxtəlif funksiyalarına istifadəçilərin giriş hüquqlarının məhdudlaşdırılması ;
• Proqram lokal şəbəkə üzrə vahid verilənlər bazası kimi işi dəstəkləyir.
“EKSPEDİTOR SATIŞ ” AŞAĞIDAKI İMKANLARA MALİKDİR :

• Əmtəə satşının (güzəştlə) tərtibatı;
• Əmtəələrin müştəridən qaytarılması;
• Müştəridən daxil olan pulların ( kassa orderi ) tərtibatı;
• Cari əmtəə qalığına baxış;
• Müştərinin cari borcuna baxış;
• Qaimənin və kassa orderinin ekspeditorun avtomobilində quraşdırılmış xüsusi printerdə çap olunması;
• Əmtəələrin cari qalıqlarının ekspeditorun avtomobilində quraşdırılmış xüsusi printerdə çap olunması;
• Hazırki ana olan satış siyahısı olan ( müştərinin adı, güzəşt, hansı məbləğə satış tərib olunub ) satışlar üzrə hesabatın ekspeditorun avtomobilində quraşdırılmış xüsusi printerdə çap olunması;
• Ödənişlər siyahısı olan ( müştərinin adı və məbləğ ) kassa hesabatının ekspeditorun avtomobilində quraşdırılmış xüsusi printerdə çap olunması.
Bizə zəng edin və bizim mütəxəssislər sizə ətraflı, ödənişsiz məsləhətlər verəcək!

ŞLAQBAUM VƏ BOLLARDŞirkətinin fəaliyyət istiqamətlərindən biri də satış, quraşdırılma, təmir, həmçinin şlaqbaum və bolla...
15/03/2016

ŞLAQBAUM VƏ BOLLARD

Şirkətinin fəaliyyət istiqamətlərindən biri də satış, quraşdırılma, təmir, həmçinin şlaqbaum və bollard kimi, keçidə nəzarət sistemləri sahəsində zəmanət və zəmanətdən sonrakı xidmətidir. Şlaqbaum və bollardlar eyni funksiyanı təmin etmək üçün nəzərdə tutulmuşdur: nəzarət etmək, lazım olan halda nəqliyyatın əraziyə girişini qadağan etmək. Şlaqbaum – daha çox yayılmış və asan əldə edilən keçidə nəzarət sistemidir. Şlaqbaumlar avtoparklarda, yeraltı qaraj komplekslərində, dəmiryol və ödənişli avtomagistral keçidlərində daha geniş istifadə olunur.

• Lazım olan hallarda hərəkətin məhdudlaşdırılmasına daha çox əminlik yaratmaq üçün bollardlardan istifadə olunur. Beləki, avtomobilin dayanmadan hərəkəti zamanı şlaqbaumnan fərqli olaraq bollard daha dözümlüdür. Bundan başqa, şlaqbaum kifayət qədər tez nəzərə çarpan konstruksiyadır, hansiki heç də hər yerdə arzuolunan deyil, halbuki, bollard daha çox estetik görünüşə malikdir. Bollard hərəkətli teleskopik dirəkdir. Bollardları idarə etmək üçün müxtəlif variantlar mümkündür: gözətçinin düymə ilə uzaqdan idarə etməsi və avtomobilin nömrəsinin tanınması ilə hərəkət.
Bizə zəng edin və bizim mütəxəssislər sizə ətraflı, ödənişsiz məsləhətlər verəcək!

KİMYƏVİ TƏMİZLƏMƏ İDARƏ ETMƏ SİSTEMİÇamaşırxanalar üçün xüsusi proqram təminatını təklif edir, hansıki xüsusi elektron a...
15/03/2016

KİMYƏVİ TƏMİZLƏMƏ İDARƏ ETMƏ SİSTEMİ

Çamaşırxanalar üçün xüsusi proqram təminatını təklif edir, hansıki xüsusi elektron avadanlıqları ilə birlikdə camaşırxanaların idarə edilməsi üçün müasir avtomatlaşdırılmış sistemin yaradılmasına imkan verir.

SİSTEMİN YARADILMASI PROSESİNDƏ İKİ ƏSAS MƏSƏLƏ HƏLL EDİLİR:

• Ticarət avadanlığı quraşdırılır və tənzimlənir;
• Məlumatların qəbulu, düzəlişi, qorunması və ötürülməsini təmin edən proqram təminatı quraşdırılır və tənzimlənir.
AVTOMATLAŞDIRMANIN ƏSAS ÜSTÜNLÜKLƏRİ:

• İntuitiv qrafik interfeys və TouchScreen texnalogiyasından istifadə sayəsində qəbzlərin yüksək sürətlə tərtib olunması;
• İş jurnalları və reyestrlərin avtomatik rejimdə aparılması;
• Müştəri bazasının aparılmasi;
• Anbar uçotunun aparılması;
• Aksiyaların aparılması və müştərilərin cəlb edilməsi üçün çevik çoxpilləli güzəşt sistemlərinin istifadəsi;
• Camaşırxana işinin təhlilin yerinə yetirilməsinə imkan verən hesabatların tərtib olunması.
Bizə zəng edin və bizim mütəxəssislər sizə ətraflı, ödənişsiz məsləhətlər verəcək!

Address

Azərbaycan, Bakı ş. , Yasamal R. , Mətbuad Pr. , H. B. Zərdabi
Baku
1000

Alerts

Be the first to know and let us send you an email when ElitAd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ElitAd:

Share